

Elm və təhsil naziri Emin Əmrullayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitriy Pineviç ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.