

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Sərhədçi” basketbol komandasının yeni baş məşqçisi Anar Sarıyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Yenidən “Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olundunuz. Təəssüratlarınız maraqlıdır...
- Qeyd etdiyiniz kimi, yenidən “Sərhədçi”ni çalışdıracağam. Bu klub mənə doğmadır. Arzum yenidən bu komandanın baş məşqçisi olmaq idi. Şükürlər olsun ki, reallaşdı. Burada yarımçıq qalmış işimi tamamlamaq istəyirəm.
- Yeni mövsümdə Azərbaycan Basketbol Liqasındakı (ABL) hədəfləriniz nədir?
- İlk növbədə yaxşı komanda formalaşdırmaq istəyirik. B qrupunda mübarizə aparacağıq. Hədəfimiz burada lider olmaqdır. Kollektivə inanıram. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Həm də oğlanlardan ibarət U-18 millisinin baş məşqçisi postunda çalışırsınız. Oradakı işinizə davam edəcəksiniz?
- Bəli, yığma ilə müqaviləm var. Oradakı işimə də davam edəcəyəm.
- Neçə basketbolçunun transferi gözlənilir?
- Hazırda 5 legioner basketbolçu ilə anlaşmışıq. Onlardan biri qanalıdır. Digərləri isə amerikalıdır. Hazırda Azərbaycana gəlmək üçün sənədləşmə işləri gedir. Oyunçuların bu ayın 10-na qədər gəlməsi gözlənilir. Yerli basketbolçular da bizimlə olacaqlar. Məqsədimiz onları inkişaf etdirib, milli komanda səviyyəsinə qaldırmaqdır.
- ABL-də mübarizə aparacaq komandalar heyətlərini gücləndirməyə davam edirlər. Onlarla mübarizə aparmaq çətin olmayacaq ki?
- Əvvəlcə avrokuboklarda Azərbaycanı təmsil edəcək “Sabah”, “Neftçi” və “Abşeron Lions” komandalarına uğurlar arzulayıram. Hər üç klub ölkəmizin fəxridir. Liqamız ildən-ilə daha da güclənir. Klublar büdcələrinə uyğun hərəkət edirlər. Biz çəkinmədən mübarizə aparacağıq. Özümüz inkişaf etdirməliyik.