Pəkistanda bomba hücumu: 10 ölü, 30 yaralı Dünya

Pəkistanda bomba hücumu: 10 ölü, 30 yaralı

Pəkistanın Bəlucistan əyalətinin paytaxtı Kvetada, Sərhəd Mühafizə Xidmətinin qərargahının önündə bomba yüklü avtomobilin partlaması nəticəsində 10 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Bəlucistan Səhiyyə Naziri Baxd Məhəmməd Kakar, ölənlər və yaralıların sayını təsdiqləyərək, yaralıların vətəndaş xəstəxanası və travma mərkəzinə göndərildiyini bildirib. Kvetanın Xüsusi Əməliyyatlar Bölməsinin Senior Təhlükəsizlik Rəhbəri (SSP) Məhəmməd Baloc, partlayışın bir avtomobilin qərargaha yaxın bir nöqtədə dönərkən baş verdiyini bildirib.

Adı açıqlanmayan bir Kvetalı təhlükəsizlik rəsmisi, hücumun, Hindistan tərəfindən dəstəklənən, Sərhəd Mühafizə Xidmətinin paltarını geyinmiş şəxslər tərəfindən həyata keçirildiyini iddia edib. Açıqlamaya görə, bir terrorçu bomba yüklü avtomobili qərargaha sürdükdən sonra, eyni anda 5 silahlı şəxs də binaya daxil olmağa çalışıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Məryəm Quliyeva