Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 10 %-dən çox artıb İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 10 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 464,6 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 %, ilin əvvəlinə nisbətən 4 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 10,2 % çoxdur.

Kredit qoyuluşunun 21 milyard 285,9 milyon manatı və yaxud 69,9 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 419 milyon manat təşkil edib. Bu, illik müqayisədə 10,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,35 %-ə yüksəlib.

Sentyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.