12:23
700
"Məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər".
APA xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, dövlət standartları adlı sənəddə açıq şəkildə orta təhsil müddətində şagirdlərin hansı bilik, bacarıq və dəyərləri hansı səviyyədə mənimsəməli olduqları göstərilir: “Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq mövcuddursa, məsələ əsaslandırılmış və elmi yanaşma ilə dövlət standartlarına təklif edilə bilər”.