DİM: Bir nəfər imtahandan kənarlaşdırılıb Cəmiyyət

DİM: Bir nəfər imtahandan kənarlaşdırılıb

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan elektron formada kompüterlər vasitəsilə keçirilib.

İlkin məlumatlara əsasən 1 nəfərin üzərində yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan kənarlaşdırılıb.