Azərbaycan liderinin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
İranda SEPAH-ın kəşfiyyat rəhbərinin həlak olduğu bildirilib
Araqçı İranın enerji infrastrukturuna hücumlara cavab veriləcəyinə söz verib
"Gürcü Arzusu"nun deputatı: Gürcüstan-Azərbaycan münasibətləri daha da möhkəmlənib
13 Fevral 16:57
3 346
Hindistan Müdafiə Nazirliyi Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksləri üçün 288 raketin sürətləndirilmiş qaydada alınmasını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Alınacaq partiyaya 40 km mənzilli 120 raket və 150–400 km mənzilli 168 raket daxildir. Müqavilənin dəyəri 100 milyard rupi (təxminən 1 milyard dollar) qiymətləndirilir.
Hərbi qurum həmçinin Hindistanın balansında olan S-400 komplekslərinə texniki xidmət göstərilməsi üzrə birillik müqaviləni də təsdiqləyib.
Məryəm Quliyeva