ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
Zelenski: Ukrayna ordusu cəbhədən 1500 km məsafədəki Rusiya hədəflərini vurdu
4 May 11:40
2 443
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı mayın 6-da Mərkəzi Bankda bununla bağlı mətbuat konfransı keçiriləcək.
AMB ilin əvvəlində uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirib. Bununla belə aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrlərini sabit saxlayıb. Qeyd olunub ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.