Kallas: ABŞ-ın Almaniyadan qoşun çıxarmaq qərarı gözlənilməz oldu​​​​​​​ Gündəm

Kallas: ABŞ-ın Almaniyadan qoşun çıxarmaq qərarı gözlənilməz oldu​​​​​​​

ABŞ-ın 5 000 hərbçisini Almaniyadan çıxarmaq qərarı Avropa İttifaqı üçün tam sürpriz olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə gələrkən bəyan edib.

"ABŞ-ın bu qərarı bizim üçün tam sürpriz oldu", — deyə Kallas jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bu, NATO daxilində Avropa komponentinin gücləndirilməsinin vacibliyini daha da artırır", — deyə o əlavə edib.

Məryəm Quliyeva