12:00
651
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında məlumat dərc edilib.
Səfər mayın 5-də baş tutacaq. Kallas səfər çərçivəsində bir sıra ikitərəfli, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək.