“Sosial müavinətlərin təyinatında proaktiv yanaşma genişlənir” Cəmiyyət

“Sosial müavinətlərin təyinatında proaktiv yanaşma genişlənir”

“Həm yaşa görə əmək pensiyasının təyinatı, həm digər sosial müavinətlərin təyinatında proaktiv yanaşma genişlənir. Yəni hər hansı bir sənədlə müraciət etmədən təyinatın həyata keçirilməsi əsas istiqamətlərdir. Çünki bu, həm şəffaflığı artırır, həm əlçatanlığı yüksəldir, həm də vətəndaşın hər hansı bir quruma müraciət etmədən, hansısa sənədlər toplamadan pensiya təyinatı əldə edə bilməsinə imkan verir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

O vurğulayıb ki, bütün bunlar şəffaflığın gücləndirilməsi və xidmətlərə əlçatanlığın artırılması baxımından çox vacibdir: “Ümumiyyətlə, bütün ödənişlərin proaktivləşməsi əsas hədəfdir. Növbəti mərhələdə də bütün müavinətlərin, eləcə də digər ödənişlərin məlumatların inteqrasiyası nəticəsində praktik olaraq təyinatının həyata keçiriləcəyi gözlənilir. Bu da sözsüz ki, həm vətəndaşlarımızın xidmətləri daha qısa müddətdə əldə etməsinə, həm də bu istiqamətdə şəffaflığın daha da gücləndirilməsinə xidmət edəcək”.

Röya İsrafilova