Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
3 Aprel 2020 21:04
39 690
Fevralın 25-dən İraqda bütün məktəblər tətilə çıxdı, martın 17-si isə müəyyən olmayan tarixə qədər küçəyə çıxma qadağası elan edildi.
Bu sözləri Axar.az-a açıqlamasında kərküklü jurnalist, yazar Məhməd Salehi İraqda, xüsusilə Kərkükdə koronavirusa görə atılan addımlardan danışarkən deyib. O bildirib ki, insanlar bir-birinə yardım edərək yaranmış durumun çətinliyindən yaxa qurtarmağa çalışırlar:
“Bir müddət sonra qadağanın aprelin 11-nə, daha sonr isə aprelin 19-na qədər uzadıldığı elan edildi. Martın 17-dən başladılan qadağanın 1 aydan çox uzanması insanların həyatına çox mənfi təsir göstərib. Hər şey qadağan edilib. Kərkükdə benzin yoxdur, insanın hər hansı problemi olarsa, necə çıxa bilər, bilmirik. Mağazalar hamısı bağlıdır. Ərzaq dükanlarına gün ərzində 2 saat icazə verilir. İnsanların bu dükanlara getməsi üçün maşın yoxdur. Mal gəlmir. Çünki martın 17-dən Kərkükə giriş-çıxış bağlıdır. İnsanın başına hər hansı fövqəladə hadisə gəlir, amma məhkəmə yoxdur ki, müraciət etsin. Xəstəxanaya getmək istəyirsə, bu da alınmır. Həyat tamam iflic olub. Günəmuzd işləyən insanların durumu isə daha acınacaqlıdır. Bu insan necə yaşamalıdır?”
Türkman yazar xüsusi karantin rejiminin yalnız koronavirusla əlaqədar olmadığını da bildirib:
“Küçəyə çıxma qadağasının bu qədər ciddi olmasının yalnız koronavirusla bağlı olduğunu düşünmürük. Bu durumun siyasi tərəfləri də var. ABŞ əsgərləri buradan çəkildi, Kərkükdəki K-1 bazası boşaldıldı, ABŞ səfirliyi və konsulluq bağlandı. ABŞ deyir ki, mən şiə milislərini vuracağam, onları İraqda istəmirəm. Görəsən, bu durumda küçəyə çıxma qadağasının tətbiq olunması məhz virusla əlaqədardır, ya siyasi tərəfi də var?
14 Noyabr 10:06
2 023
13 Noyabr 10:21
2 562
12 Noyabr 12:11
2 975