29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
14 Noyabr 2025 10:06
6 272
Qərbi azərbaycan əyalətinin bütün bölgələrində quraqlıq və su çatışmazlığı hökm sürür.
Gunaz.tv
Bu haqda əyalətin regional Su Şirkətinin müdiri Məcid Rəstqari məlumat yayıb.
O, bildirib ki, əyalət bəndlərinə axan suyun miqdarı əvvəlki illə müqayisədə 67% azalıb.
"Meteoroloji məlumatlara görə, əyalət ərazisinin 99 faizi quraqlıqdan əziyyət çəkir, Urmiya şəhərində isə ərazilərin 73 faizi çox şiddətli quraqlıqla üzləşib",- Rəsstqari əlavə edib.
Regional Su Şirkətinin müdiri əyalətin su ehtiyatlarının 90 faizindən çoxunun kənd təsərrüfatı sektorunda istehlak olunduğunu söyləyib:
"Bu tendensiyanın davam etməsi torpaq çökməsinə və yeraltı suların şoranlaşmasına səbəb ola bilər" .
Qeyd edək ki, yeraltı su ehtiyatlarının tükənməsi bölgədə əlavə ekoloji problemlərin, o cümlədən torpaq çökməsinin də genişlənməsi ilə nəticələnib.
Hazırda Qərbi Azərbaycan əyalətinin Urmu, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində şidddətli səviyyəyə çatıb.
28 Avqust 10:48
1 526
25 Avqust 11:15
2 688
25 Avqust 11:13
2 555