“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
10 Mart 2023 18:31
8 729
Kanadanın idman naziri Paskal St-Onge bildirib ki, federal hökumət Rusiya və ya Belarus idmançılarının növbəti Olimpiadada iştirakının mümkünlüyünə inanmır.
St-Onge, bu sözləri bir gün əvvəl 42 təqaüdçü kanadalı olimpiyaçının imzaladığı açıq məktubunu şərh edərkən deyib.
Məktubda Kanada Olimpiya Komitəsi (COC) Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında neytral bayraq altında yarışmasına icazə verməməyə çağırılır.
Məktubu Heyli Vikkenhauzer, Cennifer Heyl, Alexandre Bilodeau, Tessa Virtu və Bekki Skott kimi kanadalı olimpiyaçılar və qızıl medalçılar imzalayıb.
St-Ongenin sözlərinə görə, COC və federal hökumət belə hesab edir ki, müharibə hələ də davam etdiyi üçün Rusiya və Belarus idmançılarına qoyulan qadağanı yenidən nəzərdən keçirmək üçün heç bir əsas yoxdur.
“Kanada Olimpiya Komitəsi (COC) Ukrayna ilə həmrəydir və Kanada hökuməti də beynəlxalq ictimaiyyətlə həmrəy olaraq, Rusiya və Belarusun Ukraynaya təcavüzünü pisləyir.
“Biz bugünkü məktubda idmançılar tərəfindən qaldırılan fikir və narahatlıqları qiymətləndiririk və COC İdarə Heyətinin xüsusi iclası da daxil olmaqla, onların fikirlərini müzakirə etmək və mövqeyimizi aydınlaşdırmaq üçün son bir neçə ay ərzində dəfələrlə məktubu izalayan şəxslərlə müzakirə aparmağı təklif etmişik.
İşğal davam etdiyi müddətdə Rusiya və Belarus idmançılarının beynəlxalq idman yarışlarından kənarlaşdırılmasının tərəfdarıyıq.
“Bu mövqe, Kanada və 30-dan çox başqa ölkə tərəfindən imzalanmış və əldə edilə bilən neytrallıq modeli ilə bağlı aydınlıq və konkret təfərrüatların olmadığı təqdirdə qadağanın davam etdirilməsini tələb edən son bəyannamə ilə üst-üstə düşür ».
Günel
27 Oktyabr 15:12
973
25 Oktyabr 17:18
2 107
24 Oktyabr 17:07
2 555