Braziliyalı futbolçu “Yuventus”da İdman

Braziliyalı futbolçu “Yuventus”da

“Yuventus” braziliyalı yarımmüdafiəçi Felipe Andersonla müqavilə bağlamağa çox yaxındır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Latsio”da çıxış edən futbolçu yayda sərbəst qalacaq.

Turin klubu artıq Andersona rəsmi müqavilə təklif edib. Braziliyalı futbolçunun yaxın günlərdə razılaşmanı imzalayacaq. Hələlik, müqavilənin detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, Felipe 2023/2024 mövsümündə 43 oyun keçirib, 3 qol və 7 ötürmə edib.