Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
13 İyul 19:58
1 043
Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun çaya düşməsi ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ilkin məlumata əsasən, azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.
Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.
2026.07.12
22:57
Çəpli kəndi ərazisində çaya düşən 2015-ci il təvəllüdlü Zabil Abutalıbov Bərdə rayon sakinidir.
İlkin məlumata görə, adıçəkilən şəxsin yaxınları Kəlbəcər rayonuna təsərrüfatlarını gətirib.
Z. Abutalunov da Kəlbəcərə yaxınlarının yanına istirahətə gəlib. Hazırda 11 yaşlı oğlanın axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
***
22:10
Hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 11 yaşlı Z.Aburalıbov çaya düşüb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
13 İyul 19:02
1 260
13 İyul 15:36
1 169
13 İyul 15:05
1 183