UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə TNS-lə qarşılaşacaq İdman

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə TNS-lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Sabah” səfərdə Uels çempionu TNS ilə qarşılaşacaq.

Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qarşılaşmanı İspaniyadan olan baş hakim Mateo Buskets Ferrer idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Bu cütün qalibi II təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul

21:30. TNS (Uels) – Sabah (Azərbaycan)
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
Stadion: “Park Hall” (Osvestri).