"Rusiya haraya qədər gedəcəyini özü də bilmir" Dünya

"Rusiya haraya qədər gedəcəyini özü də bilmir"

Ukrayna-Rusiya danışıqları mövzusunun yenidən gündəmə gəlməsi artıq bütün tərəflərin yorulduğu qənaitidir. Bu müharibə heç də Suriyada keçirilən əməliyyatlara bənzəmir. Müharibənin başlamasından 3 aydan artıq zaman keçməsinə baxmayaraq, hərbi əməliyyatlara milyardlarla vəsait xərclənib. Dünya iqtisadiyyatına dəyən zərər isə 100 milyardları aşan rəqəmdir. Rusiyanın inadkarlığı və nəticəsi olmayan bir müharibəyə başlaması pandemiyadan sonra dünyanın özünə gəməsini əngəlləyən faktordur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vasif Əfəndi deyib.

Onun sözlərinə görə, müharibə yeni alovlanan dövrdən indiyə qədər Türkiyə prezidenti cənab Ərdoğan davamlı olaraq sülhün əldə olunması üçün cəhdlər edi: "Bir çoxları bu cəhdləri uğursuz adlandırmağa çalışsa da artıq danışıqların 3-cü mərhələsi başlamaq üzrədir. Rusiyaya ABŞ və Avropa Birliyi ölkələrinin təzyiqləri və bu birliklərə aid olmayan ölkələrin tərəfsizliyi və ya Ukraynaya iqtisadi dəstəyi Rusiyanı yorub. Rusiya hərbi əməliyyatları dayandırmasa da haraya qədər gedəcəyini özü də bilmir. Hətta Rusiya Ukraynanın bütünü işğal etsə də bu müvəqqəti hal olacaq. Onu da deyim ki, Putinin Ukraynada hakimiyyəti dəyişərək rusiyameyilli birisini təyin edəcəyi də mükün deyil. Bu Putinin Rusiya tarixində dövlət rəhbəri olaraq ən kobud və bağışlanılmaz səhvidir.
Türkiyənin İsveç və Finlandiyanın NATO- ya qəbul edilməsinə veto qoyması Rusiyanın maraqlarına uyğun olsa da Putin çox yaxşı anlayır ki, bu müvəqqəti hal ola bilər. Əlbəttə Rusiya istəyərdi ki, Türkiyə ilə problemsiz və hətta müttəfiqlik şəraitində əlaqələr qursun. Bundan ötrü ilk növbədə Putinin Türkiyənin önünü kəsən və onun inkişafını əngəlləyən fəaliyyətlərindən əl çəkməlidir. Bu mövqe həm də NATO-ya aiddir. Proseslərin gedişi onu deməyə əsas verir ki, Türkiyə regionda dominant ölkə olmaq ərəfəsindədir. Lavrovun Türkiyəyə gəlişinin əsas səbəbi müəyyən güzəştlərə hazır olduqları anlamındadır. Eyni zamanda da müharibənin dayandırılması üçün yollar axtarılır".
Cavid