Medvedev Krıma səfər edib Dünya

Medvedev Krıma səfər edib

Rusiya baş naziri Dmitri Medvedev Krıma səfər edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, D.Medvedev burada yarımadanın və Sevastopol şəhərinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcək.
Rusiya baş nazirinin Krıma səfəri yarımadanın və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsindən 10 gün sonra baş tutub.
D.Medvedevin burada Krım və Sevastopolun sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirəcəyi bildirilir.