Müctəba Xamenei ABŞ ilə müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq Gündəm

Müctəba Xamenei ABŞ ilə müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrail ilə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə iranlı mənbə məlumat verib.

"Zati-aliləri təhlükəsizlik mülahizələrinə görə yaxın vaxtlarda ictimaiyyət qarşısına çıxmayacaq. Hökumət vəziyyətin normallaşmasını gözləyir. Bundan sonra o, xalq qarşısına çıxacaq", — deyə agentliyin həmsöhbəti bildirib.

"Müharibə səbəbindən və təhlükəsizlik mülahizələrinə görə o, ictimai məkana çıxmır", — deyə mənbə vurğulayıb.

Məryəm Quliyeva