Avropa Liqası: “Qarabağ” - ÇSKA oyunlarının hakimləri bəlli oldu İdman

Avropa Liqası: “Qarabağ” - ÇSKA oyunlarının hakimləri bəlli oldu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün hər iki oyunu üçün hakim təyinatları açıqlanıb.

İyulun 23-də Bakıda keçiriləcək ilk qarşılaşmanı italiyalı FIFA referisi Daniele Çiffi idarə edəcək.

Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da isə Federiko La Penna olacaq.

İyulun 30-da Sofiyada keçiriləcək cavab görüşü belçikalı FIFA referisi Bram Van Drişşeyə həvalə olunub. Ona Mişel Seldreyers və İv De Neve yan xətt hakimləri kimi köməklik göstərəcəklər. Dördüncü hakim Kevin Van Damme olacaq. VAR hakimi Bert Put, AVAR isə Vesli De Kremer təyin edilib.