Akar: “Rusiya və Ukraynanı “Taxıl sazişi” üçün bir araya gətirmək çox güc aldı” Dünya

Akar: “Rusiya və Ukraynanı “Taxıl sazişi” üçün bir araya gətirmək çox güc aldı”

Rusiya və Ukraynanı “Taxıl sazişi” üçün bir araya gətirmək çox güc aldı və yorucu oldu, çünki tərəflər fərqli şəkildə düşünürlər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Müştərək Koordinasiya Mərkəzi heç bir ciddi çatışmazlıq olmadan işinə davam edir. İndiyə qədər taxıl koridoru boyunca mina problemi də ortaya çıxmayıb.

Nazir əlavə edib ki, bu saziş sadəcə Ukrayna limanlarına aiddir, Rusiya limanlarına dair danışıqlar davam edir.