Çili sahilində 5,6 maqnitudalı zəlzələ olub Dünya

Çili sahilində 5,6 maqnitudalı zəlzələ olub

Çilinin əhalisi 22,3 min olan Lebu şəhərindən 159 km cənub-qərbdə 5,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.