İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
1 İyul 2025 12:50
1 792
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Ahmedi, başda ABŞ olmaqla bəzi Qərb ölkələrinin İsrailə hərbi texnika göndərməsinin, İrana qarşı yeni bir hücum ehtimalını artırdığını söylədi.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə (YJC) danışan Ahmedi, İsrailin İrana qarşı yeni hücum ehtimalını qiymətləndirib.
Ahmedi, İsrailin hücumlarını yenidən güc toplamaq və hərbi imkanlarını artırmaq məqsədilə dayandırdığını iddia edərək belə deyib:
"Əldə etdiyimiz məlumatlara görə, başda ABŞ olmaqla bəzi Qərb ölkələrindən hərbi texnikalar yük təyyarələri ilə Təl-Əvivə göndərilir. Bu vəziyyət, İrana qarşı yeni bir hücumun hazırlığı anlamına gələ bilər."
Ölkəsinin bu mümkün hücuma qarşı hazır olduğunu bildirən Ahmedi əlavə edib:
"İran bu dəfə yeni və inkişaf etmiş imkanlarla cavab verəcək."
Məryəm Quliyeva