

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunda əksini tapıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il 12 mart tarixində Bakı şəhərində imzalanıb.