

Çinin Xianfeng şəhərində baş verən sel nəticəsində yaşayış məntəqələri su altında qalıb, 18 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Henan əyalətində isə sel nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
Xalqcebhesi.az-ın məlumatına görə, Henan əyalətinin mərkəzində dünən baş verən sel hadisəsində 3 nəfərin həyatını itirdiyi, 5 nəfərin isə itkin düşdüyü bildirilib.
Ötən həftə isə Guizhou əyalətinin Rongjiang bölgəsində 4 gün ərzində iki dəfə sel fəlakəti yaşanmışdı. İyunun orta göstəricisinin iki qatı qədər yağıntı alan Rongjiangda sel səbəbilə 6 nəfər ölmüş, on minlərlə insan təhlükəsiz ərazilərə təxliyə olunmuşdu.
Məryəm Quliyeva