Goranboyda ekskavatorla avtomobil toqquşub, xəsarət alanlar var Hadisə

Goranboyda ekskavatorla avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.
"Hyundai" markalı ekskavatorla "Mercedec" markalı minik maşını toqquşub. Qəzada avtomobildə olan 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.