28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
1 İyul 2025 13:26
2 877
Fransada təsirli olan şiddətli istilər səbəbilə təxminən 1350 məktəb tamamilə və ya qismən bir günlük bağlanıb. Paytaxt Paris də daxil olmaqla 16 vilayətdə qırmızı həyəcan elan edilib.
Xalqcebhesi.az xəbər verir ki, Fransa meteorologiya agentliyi Météo France, şiddətli istilər səbəbilə Paris də daxil olmaqla 16 vilayətdə qırmızı, 68 vilayətdə isə narıncı həyəcan siqnalı verildiyini açıqlayıb.
Ölkədə gün ərzində havanın temperaturunun ən aşağı 20, ən yüksək 41 dərəcə olacağı gözlənilir.
İstilərin təsiri ilə ölkə üzrə təxminən 1350 məktəb tam və ya qismən bağlanıb. Dünən isə eyni səbəbdən 750 məktəbdə dərslərə ara verilmişdi.
Bu arada, isti hava səbəbilə Paris və ətrafında artan ozon çirklənməsi yerli hakimiyyət orqanlarını hərəkətə keçirib.
Paris Polis İdarəsinin dünən verdiyi açıqlamada bildirilib ki, Paris və ətraf vilayətlərdə yalnız ətraf mühiti ən az çirkləndirən müəyyən nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək, digər bütün avtomobillərin isə yol hərəkətinə çıxması qadağan olunub.
Bu qərardan ictimai fayda üçün istifadə olunan nəqliyyat vasitələri istisna edilib və əlaqədar bölgələrdə sürət həddi də endirilib.
Fransada isti hava səbəbilə Tarn-et-Garonne bölgəsindəki Golfech Atom Elektrik Stansiyasının bir reaktoru 29 iyundan etibarən fəaliyyətini dayandırıb.
Məryəm Quliyeva
28 Avqust 22:25
616
28 Avqust 21:51
756
28 Avqust 19:05
875