ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38
19 Noyabr 23:38
19 Noyabr 17:42
19 Noyabr 15:34
19 Noyabr 13:58
1 İyul 16:55
5 320
“Sülh prosesi demək olar ki, dayandırılıb. Ermənistanın daxilində gərginlik var, kilsə ilə Ermənistan hakimiyyəti arasında gərginlik davam edir və burada da müxtəlif istiqamətlərdən Ermənistan müxalifətinə dəstək var. Bu dəstəyin də daha çox Rusiya istiqamətindən olduğu hiss edilir. Avropa İttifaqının baş diplomatı Kaja Kallasla görüşdə Ermənistan hakimiyyətinə dəstək verildi. Eləcə də ermənilərin din xadimlərinin bir neçəsi həbs olunub. Yəni hələlik sülh prosesində elə də irəliləyiş yoxdur. Ümumi razılıq əldə olunub. Azərbaycanın təklif etdiyi 5 prinsipə uyğun danışıqlar gedirdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat əlavə edib ki, Ermənistan tərəfi prosesi uzatmaqla məşğul olacaq: “Mən bir neçə il bundan əvvəl də demişdim ki, Ermənistan hakimiyyəti növbəti parlament seçkilərinə qədər bu məsələni uzadacaq. İndi də belədir. Paşinyanın Türkiyədə Ərdoğanla görüşü oldu və bu məsələlər də müzakirə olundu. Hələlik yaxın müddətdə sülh sazişinin imzalanması gözlənilmir. Təbii ki, Azərbaycan da fəal şəkildə təzyiq siyasətini davam etdirməlidir. Biz zamanı uzada bilmərik. Sülh müqaviləsi məsələsində Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma təəssüflər olsun ki, hələlik bu reallaşmayıb. Eyni zamanda, bizim hələ də işğal altında olan tarixi torpaqlarımız var. Qazax rayonunda olan torpaqlarımız, Kərki kəndi işğal altındadır. Ümumiyyətlə, delimitasiya və demarkasiya məsələsi bunlar hələlik dondurulub qalıb. Bütün bunlar bizim maraqlarımıza uyğun deyil”.
Röya İsrafilova
19 Noyabr 23:24
1 071
19 Noyabr 23:12
1 050
19 Noyabr 23:00
952