Parisdə pensiya islahatına qarşı aksiyalarda 120 etirazçı saxlanılıb - VİDEO Dünya

Parisdə pensiya islahatına qarşı aksiyalarda 120 etirazçı saxlanılıb - VİDEO

Fransanın paytaxtı Paris şəhərində cümə axşamı hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aksiyalarda 120-dən çox etirazçını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "BFM" telekanalı məlumat yayıb.

Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar olub. Polislər əməkdaşları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.