Trampın müşavirləri ABŞ dollarından imtina edən    ölkələrə qarşı sanksiyalar  barədə düşünürlər Dünya

Trampın müşavirləri ABŞ dollarından imtina edən    ölkələrə qarşı sanksiyalar  barədə düşünürlər

ABŞ-ın keçmiş prezidenti və ölkə başçısı postuna namizəd Donald Trampın müşavirləri xarici ticarətdə ABŞ dollarından istifadədən uzaqlaşan ölkələrə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edirlər.

RİA Novosti bu barədə Bloomberg-ə istinadən yazır.

“Müzakirələrə dollardan başqa valyutalarla fəal şəkildə ikitərəfli ticarət aparmağa çalışan müttəfiqlər və düşmənlər üçün cəzalar, o cümlədən ixrac nəzarəti, valyuta manipulyasiyası ittihamları və tariflər daxildir”, - agentlik yazıb.

Nəşrin müzakirələrlə tanış olan həmsöhbətlərinin sözlərinə görə, tədbirlər ABŞ valyutası üçün riskləri azaltmaq üçün inkişaf etməkdə olan bazarlara malik ölkələrə qarşı yönəldiləcək. Seçkidə qalib gələcəyi təqdirdə Tramp komandasının hədəfinin dollarsızlaşdırma səyləri çərçivəsində qarşılıqlı ticarətdə milli valyutaların istifadəsini artıra BRICS (beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS).
üzvü ölkələr olacağı vurğulanır.

Cavid