Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib Dünya

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib

2024-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ən çox deportasiya Almaniyadan (611 nəfər), sonra Fransa (165 nəfər) və İsveçrədən (34 nəfər) olub.

Qeyd edək ki, 2023-cü ildə Aİ ölkələri 4 365 gürcünü deportasiya edib. 2017-ci ilin mart ayından isə gürcülər turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (90-180 gün) səfərlər etmək hüququ əldə ediblər

Cavid