16 Mart 19:53
16 Mart 19:28
9 Oktyabr 2024 11:30
2 898
Ukrayna tərəfi orduda vəsait çatışmazlığı səbəbindən silah-sursat, habelə pilotsuz uçuş aparatlarının (PUA) ixracına məhdudiyyətləri aradan qaldırmağı nəzərdən keçirir.
Bu barədə “Financial Times” nəşri yazıb.
Məqalədə bildirilib ki, qərar qəbul olunsa, ixracdan təqribən 20 milyard ABŞ dollarınadək vəsait əldə olunacaq. Bu amil həm də PUA istehsalının artımına səbəb olacaq.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-nin Avropadakı Qoşunlarının baş komandanı Kristofer Kavoli Ukraynanın hərbi etiyaclarının siyahısını açıqlayıb. Onun sözlərinə görə, hazırda bu dövlətin ordusuna “JASSIM” markalı, “yer-hava” tipli qanadlı raketlər, eləcə də “Link 16” rabitə vasitələrinin göndərilməsi zəruridir.
Sözügedən siyahı artıq ABŞ Konqresinə də təqdim olunub.
16 Mart 22:50
889
16 Mart 22:49
945
16 Mart 22:47
896