“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib, təmasların davamı ilə bağlı razılıq əldə olunub
Füzulinin Qarğabazar kəndindəki karvansara və məscidin təmiri üçün satınalma proseduruna başlanılıb
Stubb Azərbaycan Prezidentinə zəng vurub, İranın hücumu ilə əlaqədar dəstəyini ifadə edib
25 Oktyabr 2024 19:47
3 178
Kiyev ekstremist qruplardan birinin koordinatorunu Gürcüstana göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib.
"Ukrayna xüsusi təyinatlılarının qarşıya qoyduğu tapşırıqları yerinə yetirməyə hazır olanlar arasında keçmiş “Azov” yaraqlısı 1997-ci il təvəllüdlü Avaliani Zakro Nodaroviç də var. Hazırda o, artıq Gürcüstandadır. Ekstremist qruplardan birinin koordinatoru kimi xidmət edir", - mənbə bildirib.
Mənbənin sözlərinə görə, Nodaroviç iğtişaş iştirakçılarına pul ödəməyə də cavabdehdir. Həmin şəxs Mariupolda qeydiyyatdadır və Ukrayna vətəndaşlığı var. O, ilin sonunda Gürcüstanı tərk etməyi planlaşdırırdı.
Qeyd edək ki, daha öncə ekstremist qrupun Gürcüstanda kütləvi iğtişaşlarda iştiraka hazırladığını təsdiq edən sənəd dərc edilib.
Gürcüstanda parlament seçkiləri sabah keçiriləcək.