15:55
616
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 121 ailə, ümumilikdə 443 nəfər Ağdam şəhərinə çatıb. Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.
Köçürülən ailələr üçün Ağdam şəhərində müasir yaşayış binaları inşa olunub, mənzillər bütün zəruri infrastrukturla təmin edilib. Bununla da Ağdam şəhərində məskunlaşan keçmiş məcburi köçkün ailələrinin sayı daha da artaraq şəhərin sosial həyatının canlanmasına və regionun inkişafına töhfə verir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köçürülmə prosesi mərhələli şəkildə davam etdirilir.