"Real Madrid"in ulduzu bir il yaşıl meydanlardan uzaq qalacaq İdman

"Real Madrid"in ulduzu bir il yaşıl meydanlardan uzaq qalacaq

“Real Madrid”in futbolçusu Rodriqo Qois bir il yaşıl meydanlardan uzaq qala bilər.

Madrid klubunun rəsmi saytı xəbər verir ki, braziliyalı hücumçu sağ dizinin ön çarpaz bağının və xarici meniskinin qopması səbəbindən əməliyyat keçirib.

Həkimlərin ilkin proqnozuna görə, Rodriqonun bərpa müddəti 10–12 ay davam edə bilər. Bu isə o deməkdir ki, 24 yaşlı oyunçu mövsümün qalan hissəsini və növbəti mövsümün böyük bir hissəsini buraxacaq.

Uzun bərpa müddəti Rodriqonun 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində çıxış etməyəcəyi gözləyir.

Qeyd edək ki, Rodriqo La Liqanın XXVI turunda "Xetafe"yə qarşı keçirilən oyunda (0:1) zədələnib. Cari mövsümdə "Kral klubu"nun heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edən hücumçu 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.