29 Oktyabr 2024 16:42
2 863
Hindistanın cənubundakı Kerala əyalətinin Kasaragod bölgəsində yüzlərlə insanın qatıldığı festival zamanı fişənglər saxlanılan yerdə partlayış baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “cumhuriyet.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə qeyd olunur ki, partlayış səbəbi ilə başlayan yanğında alov ətrafa yayılıb. Hadisə nəticəsində ən az 150 nəfərin yaralandığı açıqlayıb.
Polis yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını, 10 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Yanğının atəşfəşanlıq nümayişindən sonra daxmaya fişənglərin düşməsi nəticəsində baş verdiyi təxmin edilir.