NATO-nun mobil təlim qrupu tərəfindən Bakıda məşğələ keçirilir
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
27 Noyabr 2024 08:11
2 849
İsrail və "Hizbullah" Livanda atəşkəs sazişinin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib.
Bunu ABŞ prezidenti Co Bayden təsdiqləyib.
"Mən indicə İsrailin və Livanın baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onların hökumətləri ABŞ-ın İsrail və “Hizbullah” arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul edib", - deyə Bayden Ağ Evin bağçasında çıxışı zamanı deyib.
Bayden qeyd edib ki, İsrail və “Hizbullah” arasındakı saziş Livan ordusunun 60 gün ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.