Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO
Alimlər geomaqnit vəziyyətinin pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər
Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun qəbul ediləcək - RƏSMİ
“İsrail-Azərbaycan münasibətləri strateji baxımından əhəmiyyətlidir”
2 Dekabr 2024 08:59
1 918
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə edərək, dağıdıb.
Gürcüstan mətbuatı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnika Azadlıq meydanından, parlamentdən bir qədər aralıda, eləcə də 9 Aprel küçəsindən etirazçılara doğru hərəkət edib.
Nümayişçilər geri çəkilmək məcburiyyətində qalıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricidən istifadə edərək aksiya iştirakçılarından dağılmağı tələb edib, əks halda onlara qarşı bütün qanuni vasitələrdən istifadə edəcəkləri ilə hədələyiblər. Parlament binasından ən az 300 metrə geriyə toplanan etirazçılar barikadalar quraraq polisə dirənc nümayiş etdiriblər. Polis güc tətbiq etdikcə etirazçılar geri çəkilib.
Aksiya boyunca hüquq-mühafizə orqanları əməkdaşları su şırnağı və xüsusi vasitələrdən istifadə edib.
Cavid