Rusiya Dnestryanı bölgədə ifşa olundu Dünya

Rusiya Dnestryanı bölgədə ifşa olundu

Arzu Nağıyev: "Roqozinin sepratçı Dnestryanı bölgəyə səfəri birbaşa Rusiya rəhbərliyinin göstərişi əsasında həyata keçirilir"
Ərəstun Baxşəliyev: "Yaxın zamanalarda Rusiya-Qərb qarşıdurmasının ən kəskin nüanslarının şahidi olacağıq"

Rumıniya xarici işlər naziri Rusiya baş nazirinin müavini Dmitri Roqozinin bu ölkəni strateji nüvə bombardmançısı ilə təhdid etməsinə cavab olaraq rəsmi Moskvaya nota verib.
Rəsmi Buxarest Roqozinin bu bəyanatına cavab olaraq Rusiyadan izahat istəyir.
Buxarest bildirib ki, hazırkı regional kontekstdə Rusiya baş naziri müavininin strateji bombardmançı təyyarədən istifadə barədə dedikləri çox ağır bəyanatdır.
Notada deyilir ki, Rusiya Ukraynanın suverenliyini pozub və bu ölkədəki ruisyapərəst separatçılar qarışıqlıq yaradırlar. Rumıniya bir daha yada salıb ki, o, Rusiyaya qarşı Avropa sanksiyalarına riayət edir.
Xatırladaq ki, Rusya baş nazirinin müavini Dmitri Roqozinin separatçı Dnestryanı regiona səfəri beynəlxalq qalmaqalla nəticələnib. Tiraspoldan Moskvaya qayıdarkən onun təyyarəsinə Rumıniya hava məkanına daxil olmaq icazəsi verilməyib.
Hiddətlənən Roqozin özünün twitter səhifəsində buna "bombalı" cavab verib: "ABŞ-ın tələbi ilə Rumıniya bizim təyyarənin hava məkanını bağlayıb. Ukrayna hələ də buraxmır. Gələn dəfə Tu-160 ilə uçacağam".
Qeyd edək ki, TU-160 Rusiya hərbi hava qüvvələrinin yüksək sürətli strateji bombardıman təyyarəsidir, Qərbdə ona "Blackjack" deyirlər.
Roqozinin mesajı diplomatik gərginliyə səbəb olub, Rumıniya Moskvadan Rusiya rəsmisinin təhdidlərinin izahatını tələb edib. "Cənab Roqozinin qeydləri Rusiya Federasiyasının Avropa İttifaqı və NATO-nun üzvü olan Rumıniyaya rəsmi münasibətini əks etdirirmi?" - deyə Rumıniyanın Xarici İşlər Nazirliyinin notasında sual edilir.
Qeyd edək ki, Roqozin Krım işğalına görə Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalar tətbiq olunan Rusiya rəsmilərindən biridir. Ona görə də mayın 9-da Moldovanın separatçı Dnestryanı ərazisindən Moskvaya uçarkən Rumıniya onun təyyarəsinə öz hava məkanından keçmək icazəsi verməyib.
Ukrayna da həmçinin Rusiyanın hərbi sənayesinə kuratorluq edən Roqozinin təyyarəsini öz hava məkanına buraxmaqdan imtina edib.
Xəbərlərə əsasən, qadağaya baxmayaraq Roqozinin təyyarəsi havaya qalxıb, lakin Ukrayna hərbi qırıcıları tərəfindən Moldovanın paytaxtında yerə enməyə məcbur edilib. Moldova rəsmiləri təyyarənin yükündən Denstryanı sakinlərinin separatçı regionun Rusiyaya birləşməsi haqda imzalarını müsadirə edib.
Roqozin yazır ki, müsadirə olunanlar imzaların ancaq bir qismidir, onların əsas hissəsi Moskvaya çatdırılıb. Roqozin Moldovanı da hədələməyi unutmayıb, bildirib ki, onun bu hərəkətləri Rusiya ilə münasibətlərdə öz əksini tapacaq.
Məsələyə mnasibətini açıqlayan politoloq Arzu Hağıyev bildirdi ki, Dnestryanı bölgənin separatçıları neçə vaxtdır Rusiyaya birləşmək çağırışları edirlər: "Ukraynada məlum hadisələr baş verən zaman Rusiyanın əsas məqəsdlərindən biri də Qara dəniz vasitəsilə Dnestryanı bölgə və Krasnodar vilayətinə bir "qovşaq" yaratmaq idi və bununla da Ukraynanın qərbinə də hərbi avadanlıq və sursat çatdırmaq imkanını əldə edirdi. Məlumdur ki, separatçı Dnestryanı bölgə Rusiyanın hərtərəfli köməyi ilə 1990- cı ildə Moldovadan ayrılmağa və 1992-ci ildən isə müharibə vasitəsilə rus qoşunlarının ərazisinə daxil olmasına nail oldu. Dnestryanı bölgə heç bir dövlət tərəfindən tanınmadı və tanınmır. Ukraynada məlum hadisələr baş verəndə ABŞ təcili olaraq Ukrayna ilə sərhəddi bərkitmək üçün, əlbəttə ki, məqsəd Dnestryanı bölgə olmaqla, əlavə olaraq Moldovaya 10 milyon dollar ayırdı. Ukrayna da öz növbəsində sərhəddi möhkəmləndirdi. Bundan sonra Avropa İttifaqı və Moldova arsında viza rejimi liberallaşdı. Əlbəttə bu faktorlar Rusiyanı qıcıqlandırmaya bilməzdi. Bununla bağlı Rusiya prezidenti Ukrayna və Moldovadan Dnestryanı bölgənin "blokada"sının götürülməsini tələb etdi. Lakin hər iki ölkə bu tələbə məhəl qoymadı. Belə olduğu tərzdə Rusiya prezidentinin Dnestryanı bölgə üzrə xüsusi nümayəndəsi , Rusiya baş nazirinin müavini, hökumətdə hərbi-sənaye kompleksinə nəzarət edən Dmitri Roqozinin təcili regiona getməsi məsələsi gündəmə gəldi. Bu gedişə rəsmilik gətirmək üçün guya Roqozinə Qələbə gününü qeyd etmək üçün Tiraspoldan dəvət gəldiyi açıqlandı. Moldova dövləti isə, daha doğrusu, XİN başçısı bu gəlişin səbəbinin izah olunmasını tələb etdi və əlbəttə ki, cavabsız qaldı. Bir sözlə Roqozinin sepratçı Dnestryanı bölgəyə səfəri birbaşa Rusiya rəhbərliyinin göstərişi əsasında həyata keçirilir və məqsəd də Ukraynada baş verən hadisələrlə bağlıdır və Rusiya Moldovanın Avropa İttifaqı ilə assosiativ razılıq əldə etməsinin əleyhinədir. Bu ilin mart ayında Dnestryanı bölgənin rəhbərliyi Rusiyaya tanınma və ya tərkibinə daxil edilmə ilə bağlı müraciət etsə də bu qəbul edilmədi...".
Politoloq Ərəstun Baxşəliyev isə dedi ki, Rusiya özü üçün həyati əhəmiyyətli addımların heç birindən əl götürməyəcək: "Nəzərə alsaq ki, bu il Avrasiya İttifaqı ilə bağlı önəmli qərarlar veriləcək, o zaman bu yönlü addımların davamlı olacağını da biz zaman-zaman şahidi olacağıq.
Rəsmi Moskva Qərb ölkələri tərəfindən ona qarşı tətbiq olunan sanksiyaların heç birinə əhəmiyyət vermir və atdığı bütün addımların hər birindən sanki, üçüncü dünya müharibəsinin qoxusu gəlir. Düşünürəm ki, Qərb bunun fərqindədir və məhz bu kimi gərginlikdən qaynaq alan NATO, öz hərbi gücünü eyhamla Şərqi Avropa ölkələrinə toplamağa başlayıb. Artıq tərəflər oyunu açıq oynayır və baş tutan görüşlərdən sonra tərəflərdən birinin qarşı tərəfə yönəli təhqiramiz ifadələri tərəflərarası münasibətlərin ən kritik anından xəbər verir.
Mövcud duruma əsasən deyə bilərəm ki, bizlər çox yaxın zamanalarda Rusiya-Qərb qarşıdurmasının ən kəskin nüanslarının şahidi olacağıq".

Əli