

Belarus şirkətləri Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edə bilər.
APA-nın xəbərinə görə, bunu Belarus Baş naziri Aleksandr Turçin Baş nazir Əli Əsədovla geniştərkibli görüşdə bildirib.
“Biz ərazilərin bərpası ilə məşğul olmuşuq və bu gün biz birlikdə düşünməyə, bu problemlərin kompleks həllini təklif etməyə hazırıq”, - deyə Aleksandr Turçin vurğulayıb.