25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
5 May 2025 12:32
6 524
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, müzakirələrdən sonra İdarə Heyəti Bəyanat qəbul edib. Bəyanatda deyilir:
-OPEK+ ölkələrinin 3 may tarixində, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması barədə qəbul etdiyi qərar neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub. İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa tam olaraq yerinə yetirməyə çağırır. ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır. Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir. Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar.
ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq.
ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır.
26 İyul 11:26
987
25 İyul 15:36
1 344
25 İyul 14:04
1 344