

Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftə sonu, mayın 10-11-də baş tuta bilər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun müvafiq sözlərini bazar ertəsi X-də Axios-un müxbiri Barak Ravid sitat gətirib.
"Uitkoff mənə dedi ki, ABŞ bu həftə sonu İranla nüvə danışıqlarının dördüncü raundunu keçirməyə razılıq verməyə çalışır", - o yazıb. "Əgər bu baş verməsə, bu, yalnız prezidentin (ABŞ Donald Trampın) Yaxın Şərqə səfəri ilə bağlı olacaq", - xüsusi nümayəndə bildirib.
Onun sözlərinə görə, İranla danışıqlar müsbətdir. "Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, onlar (danışıqlar) düzgün istiqamətdə gedirlər. Prezident bunun mümkün olduğu təqdirdə diplomatik yolla həllini istəyir, ona görə də biz onların hərəkətini saxlamaq üçün əlimizdən gələni edirik", - Uitkoff deyib.
Cavid