İraqda qum fırtınası: çox sayda ölü və yaralı var Dünya

İraqda qum fırtınası: çox sayda ölü və yaralı var

İraqın Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə kimi bir çox şəhərində qum fırtınası həyata mənfi təsir edib.

Xalqcəbhəsi.az-ın “Haber Global”a istinadla xəbərinə görə, Səlahəddin şəhərinin Tuzhurmatu rayonundakı Serha keçid məntəqəsi yaxınlığında qum fırtınası nəticəsində baş verən yol qəzasında eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Səlahiyyətlilər qəzanın fırtına səbəbiylə görmə məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobilin toqquşması ilə meydana gəldiyini bildirib.

Qum fırtınası nəticəsində yaranan tənəffüs problemlərinə görə 400-ə yaxın adam müalicə üçün xəstəxanalara aparılıb. Səlahiyyətlilər vətəndaşları, xüsusən də tənəffüs xəstəlikləri olanları evdən çıxmamağa çağırıb.