

Vladimir Putinlə mümkün telefon danışığı öncəsi ABŞ Prezidenti Donald Trampla yenidən danışmağı planlaşdırıram.
Xalqcebhesi.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Biz razılaşdıq ki, yenidən dörd dövlət və hökumət başçısı ABŞ prezidenti ilə danışacağıq. Yalnız ümid etmək olar ki, indi daha da irəliləyiş əldə olunacaq”, - Merz bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirmişdi.