

17 May 19:23
17 May 15:41
CNN-in jurnalisti Avroviziya-2025 finalçılarını subyektiv reytinq əsasında qiymətləndirərkən Ermənistan təmsilçisi Parqın çıxışını istehza ilə şərh edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.
Jurnalist müğəninin köynəksiz olduğunu qeyd edirək, Parqın səhnə performansını zövqsüz adlandırıb. Bildirib ki, o, süni görünüşlüdür. Vurğulayıb ki, onun “ideallığı” süni intellekt tərəfindən yaradılmış obrazı xatırladır.
Müəllif əlavə edib ki, mahnı da dəhşətlidir.
Qeyd edək ki, Parqın ifasından sonra “Kan” aparıcısı da “İnana bilmirəm ki, bunlara (ermənilərə - red.) Qüdsdə bütöv bir məhəllə vermişik” deyə, erməni mədəniyyətinə lağ etmişdi.