

İsrail ordusunun Qəzza zolağına endirdiyi intensiv hava hücumlarında biri qadın jurnalist də daxil olmaqla 5 mətbuat nümayəndəsi həyatını itirib.
Xalqcebhesi.az yerli mənbələrə istinadən xəbər verir ki, Qəzzanın müxtəlif bölgələrinə edilən hücumlarda çoxlu sayda mülki vətəndaşın yaşadığı evlər və qaçqınların məskunlaşdığı çadırlar hədəf alınıb.
Jurnalistlər Əbdürrəhman əl-Abadile, Əziz əl-Həccar, Əhməd əz-Zeynati, Xalid Əbu Yusuf və qadın jurnalist Nur Kindil hava hücumları zamanı olduqları evlərə və çadırlara atılan bombalar nəticəsində həyatını itirib.
Hücum zamanı bəzi jurnalistlərin ailələrinin yanında olduğu və bütün ailə üzvlərinin həyatını itirdiyi bildirilib.
Məryəm Quliyeva