

Ukrayna ordusu Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində 273 pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar təşkil etdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin Telegram hesabından verilən açıqlamada, Rusiya ordusunun ötən gecə PUA-larla Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi bildirilib.
Açıqlamada rusların hücumu simulyator və hücum tipli PUA-lardan ibarət ümumilikdə 273 İHA ilə həyata keçirdiyi qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən 88 PUA-nın məhv edildiyi, 128 PUA-nın istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi, PUA-ların Kiyev, Donetsk və Dnepropetrovsk bölgələrini hədəfə aldığı bildirilib.
Ukrayna Fövqəladə Hallar Xidmətindən (DSNS) verilən yazılı açıqlamaya görə, Rusiyaya məxsus pilotsuz təyyarənin Kiyev vilayətinin Obuxiv rayonunda bir evə hücumu nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Məryəm Quliyeva