

İstanbul Polis İdarəsinə bağlı Kəşfiyyat Şöbə Müdirliyinin təsbitindən sonra Terrorla Mübarizə Şöbə Müdirliyi polisləri terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda sübh əməliyyatı keçirib.
Xalqcəbhəsi.az “sabah.com.tr”yə istinadla qeyd edir ki, xüsusi təyinatlıların dəstəyi ilə bir çox ünvanda reydlər keçirilib. Əməliyyatda İŞİD terror təşkilatı adından fəaliyyət göstərən və barəsində həbs qətimkan tədbiri seçilən 15 nəfərdən 9-u yaxalanıb və ifadəsi alınmaq üçün İstanbul İl Polis İdarəsinə aparılıb.
Bildirilib ki, İnterpol (Beynəlxalq Polis Təşkilatı) tərəfindən Qırmızı Bildiriş ilə həbs qərarı verilmiş bir terrorçu da daxil olmaqla, 6 nəfər qaçan şəxsin tutulması istiqamətində işlər davam etdirilir.
Xarici Terrorçular (FTF) kimi müəyyən edilən və saxlanılan İŞİD terror təşkilatı üzvlərinin sosial media platformaları vasitəsilə təşkilati təbliğat apardıqları da vurğulanıb.