BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
29 Mart 15:32
29 Mart 15:32
29 Mart 15:22
29 Mart 14:01
19 İyun 2025 09:09
1 932
ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 11 473 min barel azalıb və 420 942 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-in Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 300 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.